Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasında iştirak edəcək

Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasında iştirak edəcək backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Report xəbər verir ki, toplantı noyabrın 30-dan dekabrın 1-dək Riqada keçiriləcək.

İclasda 2022-ci il NATO-nun Madriddə keçiriləcək Zirvə toplantısı ərəfəsində avroatlantik regionda baş verən son hadisələr, eləcə də NATO-nun gündəliyində duran məsələlər müzakirə olunacaq.

Mövlud Çavuşoğlu tədbir çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Diaspora