ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşma yekunlaşdı

ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşma yekunlaşdı backend

Dövlət Sosial Müdafiə Fondu ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikatlaşma işlərini yekunlaşdırıb.

 

Qaziler.az bildirir ki, bu beynəlxalq standart əsasında idarəetmə sistemlərinin tətbiqi Fonda qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir.

 

Fondun fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunlaşdırılması məqsədilə Fondun əməkdaşlarına müvafiq təlimlər keçirilib və onlar beynəlxalq nümunəli “Keyfiyyəti idarəetmə sisteminin daxili auditoru” sertifikatları ilə təltif olunublar.

 

Bununla yanaşı, Fondun İSO 9001:2015 standartı əsasında keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üçün keyfiyyət sahəsində siyasət və məqsədlər, keyfiyyət idarəetmə sisteminin prosedurları, proseslərin tətbiqi üçün təlimatlar təsdiq edilib.

 

Bu cür layihələrdə Nazirlik təcrübəli və peşəkar konsaltinq şirkətlərlə əməkdaşlıq edir. Müvafiq xidmətlərin satın alınması üçün açıq və şəffaf şəkildə, qanunverciliyin tələblərinə uyğun tenderlər keçirilir.

 

Müvafiq satınalma qurumları tərəfindən həmin tenderlərin icrasına nəzarət edilir və qeydiyyat alınan nəticələr şəffaf şəkildə elektron portal vasitəsilə ictimaiyyətə açıqlanır.

 

Bundan başqa, Fond “ISO 26000 — Sosial məsuliyyət” və “ISO 10002 — Müştəri məmnunluğu” beynəlxalq standartlarının tətbiqi ilə bağlı da işlərə başlayıb.

loading...
Diaspora