Erməni ordusu niyə döyüş hazırlığı vəziyyətinə gətirildi?

Erməni ordusu niyə döyüş hazırlığı vəziyyətinə gətirildi? backend

Rusiya və Ermənistan hərbi qüvvələri 24-25 noyabr tarixində birgə hərbi təlim keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, şəxsi heyət əvvəlcədən müəyyən edilmiş ərazilərdə dislokasiya olunub. Komanda və müşahidə məntəqələri yerləşdirilib.

Təlimlər aviasiya və tank bölmələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan ordusunun xüsusilə sərhəddə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsini bəzi ekspertlər Soçi görüşü öncəsi mümkün təxribata hazırlıq kimi qiymətləndiriblər.

loading...
Diaspora