Yevlaxda "Açıq mikrofon" aksiyası keçirilib - FOTO

Yevlaxda "Açıq mikrofon" aksiyası keçirilib -  FOTO backend

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Yevlax rayonunda növbəti "Açıq mikrofon" aksiyasını keçirib.

Qaziler.az "Azəriqaz"a istinadən xəbər verir ki, qurum bu dəfə yerli sahibkarların problemlərini dinləyib.

Belə ki, görüşdə "Azəriqaz"ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, İstehsalat Birliyinin digər məsul şəxsləri, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar "Səyyar qəbul otağı" baş tutan ünvana üz tutublar. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.

Bu gün baş tutan aksiya ümumilikdə 31-ci, sahibkarlarla isə sayca 10-cu görüşdür.

loading...
Diaspora