Fəal Yaşlanma indeksi fəal və sağlam yaşlanma potensialını qiymətləndirməyə imkan verəcək

Fəal Yaşlanma indeksi fəal və sağlam yaşlanma potensialını  qiymətləndirməyə imkan verəcək backend

Azərbaycan üçün Fəal Yaşlanma indeksinin tərtib edilməsi işinə cəlb olunmuş beynəlxalq ekspert, Böyük Britaniyanın Oksford Universitetinin tədqiqatçısı, professor Asghar Zaidi ilə görüş olub.

Qaziler.az bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətindən bəhs edib. O, layihənin əsas uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) sonuncu Siyasi İcmal buraxılışında Azərbaycanın fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edildiyini vurğulayıb.

A.Əliyev layihə çərçivəsində Azərbaycan üçün hazırlanaraq təqdim edilən Fəal Yaşlanma indeksinin önəmini qeyd edib. Vurğulayıb ki, bu  indeks mühüm demoqrafik alət kimi yaşlı insanların fəal və sağlam yaşlanma potensialını qiymətləndirmək və ölçmək üçün tətbiq ediləcək. Fəal Yaşlanma indeksi həmçinin yaşlı nəsilin cəmiyyət həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni, digər tərəfdən, hansı sahələrin təkmilləşdirilməsi zəruriliyini müəyyən etməyə imkan verəcək.

Nazir müavini nəticə etibarilə bu indeksin tətbiqinin ölkəmizdə yaşlı insanların sosial rifahının, sosial xidmətlərə əlçatanlığının artırılması sahəsində atılan addımlara, onların cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının inkişaf etdirilməsi işlərinə öz töhfəsini verəcəyini qeyd edib.

A.Zaidi Fəal Yaşlanma indeksinə malik ölkələrin beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə etmək, müvafiq sahələrdə qabaqcıl təcrübələri öyrənmək imkanlarının da olduğunu bildirib. O, yaşlı şəxslər arasında sorğuların nəticələri nəzərə alınmaqla indeksin hazırlanması prosesi barədə məlumat verib.

Görüşdə fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədilə Fəal Yaşlanma İndeksinin tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

loading...
Diaspora