Bu il iyulun 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2 min 703 ədəd olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,6 faiz çoxdur.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, həmin bankomatlardan 1530-u Bakıda, 1173-ü isə regionlardadır. Bu dövrdə respublika ərazisində ticarət və xidmət obyektlərində isə 78 min 264 ədəd POS-terminal quraşdırılıb. Bunun 49 min 438-i Bakının, 28 min 826-sı regionların payına düşür. Pərakəndə ticarət obyektlərində isə 76 min 832 və ya bütün POS-terminalların 98,2 faizi quraşdırılıb.