Laçında minaya düşən “Azərişığ”ın işçisinin VƏZİYYƏTİ

Laçında minaya düşən “Azərişığ”ın işçisinin  VƏZİYYƏTİ backend

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC-nin əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Bu barədə “Azərişıq”dan məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub: “Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.