Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri -  VİDEO backend

27 ildən sonra düşmən işğalından azad edilən Ağdamda Şəhidlər xiyabanının və xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, işğal zamanı erməni vandallarının dağıtdıqları Ağdam Şəhidlər xiyabanı tamamilə tanınmaz halda olub. Təəssüf ki, ərazi ilk baxışda məzarlığı xatırlatmırdı. 

Belə ki, 44 günlük Vətən müharibəsində iştirak edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Rövşən Cahangirov məzarlığın ərazisini tapmağa müvəffəq olub. Burada Milli Qəhrəman Allahverdi Bağırovla yanaşı 90-cı illərin Qarabağ müharibəsində şəhid olmuş bir neçə şəxsin də məzarı var. 

İlk görüntülərə baxdıqda erməni vandalları tərəfindən yerlə-yeksan edilən Ağdam Şəhidlər xiyabanında məzarların yerinin belə bilinmədiyini görmək mümkündür. Təxminən burada mindən artıq məzar var.

Vətən müharibəsində iştirak edən DSX əməkdaşı Rövşən Cahangirov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, R.Cahangirov media sahəsində də fəaliyyət göstərib. Xidmətlərinə görə “Əməkdar jurnalist” adına layiq görülüb.

Xatırladaq ki, Ağdam Şəhidlər xiyabanı, Milli Qəhrəman Allahverdi Bağırovun məzarı ötən il Vətən müharibəsi zamanı Ağdam işğaldan azad edildikdən sonra tapılıb. Ərazidə aidiyyəti üzrə təmizlik işləri görülüb, Milli Qəhrəmanın dağıdılmış məzarının ətrafına daşlar düzülüb. Məzarın tapılma görüntüləri o zaman çəkilsə də, yeni yayımlanıb.

Ağdam Şəhidlər xiyabanının işğaldan azad olunduqdan sonra ilk görüntülərini təqdim edirik:

Diaspora