Daxili Qoşunların orden və medallarla təltif edilən hərbçilərinin sayı açıqlanıb

Daxili Qoşunların orden və medallarla təltif edilən hərbçilərinin sayı açıqlanıb backend

“Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb”.

“Report”un xəbərinə görə, bunu Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində çıxışında deyib.

O bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib: “Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb”.

loading...
Diaspora