Küləyin aşırdığı şəhid məzarlarının başdaşları bərpa olunub - FOTO

Küləyin aşırdığı şəhid məzarlarının başdaşları bərpa olunub -  FOTO backend

Bakının Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında ötən həftə güclü külək nəticəsində zədələnən iki şəhid məzarı bərpa olunub. 

Oxu.Az-ın məlumatına görə, hər iki şəhidin məzarına yeni başdaşı qoyulub.  

Qeyd edək ki, noyabrın 11-i gecə saatlarında güclü küləyin təsirindən Vətən müharibəsi şəhidlərinin məzar daşları bir neçə yerə bölünmüşdü. Dağılan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonundan cəbhəyə yollanmış şəhidlərə məxsus idi. 

Diaspora