Agentlik sədri əlillik təyinatından narazı olan qazilərin müraciətlərindən DANIŞDI

Agentlik sədri əlillik təyinatından narazı olan qazilərin müraciətlərindən  DANIŞDI backend

“Bəzən qazilər onlara təyin edilən əlillik dərəcələrindən narazı qalaraq yenidən müraciət edirlər. Onlar digər qurumların nümayəndələrinin iştirakı ilə dəvət edilərək, yenidən komissiyadan keçirlər”.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, komissiya onlara əlillik dərəcəsinin hansı əsasla təyin edildiyini əyani müayinə ilə bir daha bildirir:

“Eyni zamanda qazilərin vəziyyətində hər hansı ağırlaşma qeyd olunursa, təbii ki, təyin edilən qrup dəyişdirilir. Nəinki indi, hətta bir neçə aydan, ildən sonra belə qazilərin vəziyyətində ağırlaşmalar nəzərə çarparsa, onlar dərhal ekspert komissiyasına müraciət edə bilərlər. Onların vəziyyəti yenidən qiymətləndiriləcək və haqları hansı qrupa çatırsa, o da təyin ediləcək”.

Diaspora