Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir - Hulusi Akar

Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir -  Hulusi Akar backend

Türkiyə Cənubi Qafqaz bölgəsində sabitliyə böyük əhəmiyyət verir, burada sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Kayseri şəhərinin Erciyes Universitetində tədbir zamanı deyib.

"Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistan işğalından azad edib. Bu müddətdə haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək" - deyə, nazir bildirib.

loading...
Diaspora