Ağır durumda olan qazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağır durumda olan qazi ilə bağlı  RƏSMİ AÇIQLAMA backend

Vətən müharibəsi qazisi Əliyev Cahangirlə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib. Qeyd edilib ki, ağır durumda olan qaziyə 200 manat pensiya ödənilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qazi Əliyev Cahangirə müddətsiz I dərəcə əlillik təyin edilib:

“Qazimizə tək 200 manat deyil, 400 manat, ona qulluq edən anasına isə 50 manat məbləğində təqaüd təyin olunub. Yəni ona ümumilikdə 650 manat məbləğində sosial ödəniş həyata keçirilir.

Səhhətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə gəlincə, qazimiz müxtəlif vaxtlarda Sumqayıt Reabilitasiya Mərkəzində stasionar olaraq reabilitasiya müalicəsi alıb, təkərli oturacaqla təmin olunub. Türkiyənin “VM Medical Park Pendik” Xəstəxanasındakı müalicə alan qazimizin xərcləri qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması üçün yardım edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim heyəti tərəfindən ona tibb xidmət göstərilib.

Əgər qazimizin ailə üzvlərinin sosial vəziyyəti ilə bağlı görülən işlər də sizi maraqlandırırsa, onu da bildirək ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları qazinin ailəsində olub, onların sosial vəziyyəti ilə maraqlanıblar. Cahangirin atası Əliyev Gülbala işləyir, eyni zamanda pensiya alır. Qazinin anası oğluna qulluq etdiyinə görə işləmir, lakin dərzi olduğu nəzərə alınaraq “kiçik dərzi sexi” zərfi üzrə aktivlərlə təmin olunub.

Bacısı isə hazırda orta məktəblərin birində müəllim işləyir. Beləliklə, ailənin aylıq ümumi gəliri 1800 manata yaxındır. Bundan başqa, Cahangirin anasına mənzil növbəsinə durması üçün yerli icra hakimiyyətinə müraciət etməsi də tövsiyə olunub”.

loading...
Diaspora