Günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub - FOTO

Günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub -  FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında yaradılmış günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qazilər.az-a verilən məlumata görə, bu ilin sentyabr ayından icrasına başlanan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası işləri aparılır.

Onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üçün sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilir.

loading...
Diaspora