Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.