Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.
"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Onuda qeyd edək ki, 27 yaşı bu ilin sentiyabrın 29-da tamam olan Orxan Cabbarov subay idi.
Gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi sücaətə görə medallarla təltif olunub.
Allah rəhmət etsin!
*****
10:40
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş gizir Cabbarov Orxan Hətəm oğlu doğulduğu Quba rayonuna gətirilib.
Oxu.Az-ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Davudoba kəndində keçiriləcək. Daha sonra gizir Quba şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Bildirək ki, Gizir Cabbarov Orxan Hətəm oğlu 1994-cü ildə Davudoba kəndində anadan olub.
Qəhrəman igidimiz subay idi.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbçimiz yaralanıb.







