Şəhid Elmin Əlizadə dəfn edilib - Yenilənib - FOTO

Şəhid Elmin Əlizadə dəfn edilib -  Yenilənib - FOTO backend

Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.

Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.

Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

*****

10:48

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadənin nəşi bu gün ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, onun nəşi Mingəçevir şəhər Az.DRES ərazisində məcburi köçkünlərin məskunlaşdığı Yeni həyat qədəbəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi keçirildikdən sonra onun nəşi Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Allah rəhmət eləsin!

loading...
Diaspora