“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Sumqayıt şəhərində təşkil olunacaq.
Qaziler.az bildirir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllədə (“Kimyaçı” mədəniyyət sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” noyabrın 18-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.