Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır - Müdafiə Nazirliyi

Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır -  Müdafiə Nazirliyi backend

"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır".

loading...
Diaspora