Türkiyə Bosniya və Herseqovinada muzey açıb

Türkiyə Bosniya və Herseqovinada muzey açıb backend

Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Bosniya və HerseqovinaNIN Zivinice qəsəbəsində yerləşən Cabari kəndində muzey açılıb.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin tarixini, mədəniyyəti və bölgədəki tarixi hadisələri özündə əks etdirən arxeoloji əşyaların yerləşdiyi muzey, həm də xarici turistlər üçün əlverişli imkanlar yaradacaq.

2013-cu ildə öz daxili imkanlar hesabına Cabari kəndində məscid inşa etdirən TİKA ölkə xaricində 50-dək nümayəndəliyi ilə təmsil olunur.

Qeyd edək ki, 1992-c ildə yaradılan agentlik ölkə xaricindəki bütün layihələrini dövlət büdcəsindən maliyyələşdirməklə həyata keçirir.
Diaspora