Bakı-Sumqayıt qatarının hərəkəti ləngiyib

Bakı-Sumqayıt qatarının hərəkəti ləngiyib backend

Kəskin hava şəraiti (güclü küləyin əsməsi) ilə əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

Qazilər.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.

"Sərnişinlərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik!", - deyə qurum bəyan edib.

loading...
Diaspora