Kənd məktəbinin istilik problemi ilə bağlı "Azəriqaz”a müraciət olunub

Kənd məktəbinin istilik problemi ilə bağlı "Azəriqaz”a müraciət olunub backend

Milli Məclisin deputatı Kamal Cəfərov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə Sabirabad rayonunun Bulaqlı kəndində sakinlərlə görüş keçirilib.

Qazilər.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, kənd məktəbində baş tutan tədbirdə yerli idarəetmə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Çıxış edən sakinlər kəndə verilən qazın təzyiqinin əsasən qənaətbəxş olduğunu lakin qaz təsərrüfatı ilə bağlı yeganə problemin kənd məktəbində istiliyin olmamasını bildiriblər. Tədbirdən dərhal sonra Milli Məclisin deputatı və "Azəriqaz"ın nümayəndələri birlikdə məktəbə baxış keçirib, qazla təchizat imkanları araşdırılıb.

Məktəbin qazanxanasının və istilik sisteminin qurulması ilə bağlı aidiyyəti dövlət orqanı qarşısında məsələ qaldırılacağı məktəb pedaqoji kollektivinin və kənd sakinlərinin nəzərinə çatdırılıb. Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi qaz xəttinin çəkilişi ilə bağlı edilən müraciətlərin İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə çatdırılacağı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

loading...
Diaspora