Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir backend

Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.

"APA-Economics" xəbər verir ki, tədbirdə 30-a yaxın ölkədən yüksək vəzifəli dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri iştirak edir.

Forum çərçivəsində Azərbaycana investisiya qoyuluşuna və dövlət-özəl sektor tərəfdaşlığına (PPP) dair panellər, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq.

Forumun Azərbaycanda keçirilməsi iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Forumda Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və İBF-in təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi ilə keçirilir.

loading...
Diaspora