10 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində nə qədər artım qeydə alınıb?

10 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində nə qədər artım qeydə alınıb? backend

Bu ilin 10 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 9,5% və ya 380 mln. manat artım qeydə alınıb.

Qaziler.az xəbər verir ki, aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.

2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 % və ya 380 mln. manat artaraq 4 372 mln. manat təşkil edib. Bu dövrdə fondun xərcləri 4 054 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 % və ya 146 mln. manat çoxdur. Həmin xərclərin 97 %-ni əhaliyə ödənişlər təşkil edib.

Diaspora