Belarus paytaxtında Zəfər Günü təntənə ilə qeyd edilib

Belarus paytaxtında Zəfər Günü təntənə ilə qeyd edilib backend

Minsk şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

 

Qaziler.az tədbirdə Belarusun dövlət rəsmiləri, diplomatik korpusun rəhbərləri, Azərbaycanın Belarusdakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan və Belarusun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Bayram tədbirinin rəsmi hissəsində Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev və Belarus Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Andrey Savinnıx çıxış ediblər. Natiqlər xalqımızı və dünya azərbaycanlılarını əzəmətli bayram münasibətilə təbrik ediblər. Ötən il 44 gün davam edən Vətən müharibəsinin səbəbləri, Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızın işğaldan azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdiyi, Ermənistan təcavüzkar siyasətinin qarşısının alınması və Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulması barədə ətraflı məlumat verilib. Belarus və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyi, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdiyi və çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışladığı, tranzit yollarının açılmasının və iqtisadi əlaqələrin qurulmasının regionda uzunmüddətli sülhə yardım edəcəyini vurğulaması nəzərə çatdırılıb.

 

Tədbirin bədii hissəsində Belarus Dövlət Filarmoniyasının kvarteti, Belarusda yaşayan məşhur azərbaycanlı müğənni Günəş Abbasova və Lamiyə Albabayeva, “Qafqaz əfsanələri” rəqs qrupu çıxış ediblər.

 

Tədbir çərçivəsində Vətən müharibəsi və müharibədən sonrakı dövrü əks etdirən  fotosərgi nümayiş etdirilib.

loading...
Diaspora