Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama

Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama backend

“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, binanın fasadı bərpa olunacaq: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.

loading...
Diaspora