General-mayor Hikmət Həsənov danışdı: “Avtomobilim minaya düşüb” - FOTO/VİDEO

General-mayor Hikmət Həsənov danışdı:  “Avtomobilim minaya düşüb” - FOTO/VİDEO backend

Ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb. 

Xəbərdə müxtəlif səbəblər qeyd olunsa da, general-mayor Hikmət Həsənov Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb.

General bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır:

“10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.

General-mayor həmçinin əlavə edib ki, burada başqa səbəb axtarmaq lazım deyil:

“Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”

loading...
Diaspora