"Deputatın qohumu oluğu üçün saxlanılması..." - DİN-dən açıqlama

"Deputatın qohumu oluğu üçün saxlanılması..." -  DİN-dən açıqlama backend

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılması iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.

“Bu iddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Kimdən, nədən bəhs edildiyi bilinmir”, - o vurğulayıb.

Qeyd edək ki, deputat T.Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birinin polis tərəfindən saxlanılaraq yoxlanıldığını deyib.

loading...
Diaspora