Bakıda küçədə motosikletlə qanunsuz hərəkətlər edən şəxs barədə məhkəmə qərar çıxarıb.
Oxu.Az-ın məlumatına görə, məhkəmə qərarına əsasən, sürücü Əli Hidayətzadəyə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.
Habelə, Ə.Hidayətzadə bir il müddətinə sürücülük hüququndan məhrum edilib.
*****
12:32
Bakıda sosial şəbəkələrdə yayılan videoda motosiklet sürücüsünün qanunsuz hərəkətləri ilə bağlı polis araşdırma aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin şəxsin kimliyi müəyyənləşib.
Məlum olub ki, həmin şəxs 99-C-734 nömrəli motosikleti idarə edən Əli Hidayətzadə olub.
O, səhvini etiraf edib.
Ə.Hidayətzadə barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Onun barəsində qərarı məhkəmə verəcək.