"Azəriqaz"ın rəhbərliyinin jurnalistlərlə növbəti görüşü olacaq

"Azəriqaz"ın rəhbərliyinin jurnalistlərlə növbəti görüşü olacaq backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası noyabrın 12-də saat 14:00-dan 15:00-dək keçiriləcək.

Qazilər.az quruma istinadən xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Aliyev cavablandıracaq.

Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. “Açıq qapı”da iştirak etmək könüllüdür. Yəni istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılır.

loading...
Diaspora