"Azəriqaz" Quba sahibkarlarının problemlərini dinləyəcək

"Azəriqaz" Quba sahibkarlarının problemlərini dinləyəcək backend

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan Qaziler.az-a verilən məlumata görə, İB-nin rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalicə Diaqnostika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Məlumata görə, “Səyyar qəbul otağı” noyabrın 11-də saat 11:00-dan 13:00-dək sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Diaspora