BANM-in Vətən müharibəsi iştirakçısı olan məzununa SOCAR-da vəzifə verilib

BANM-in Vətən müharibəsi iştirakçısı olan məzununa SOCAR-da vəzifə verilib backend

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 2018-ci il məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vəli Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestində işə qəbul olunub.

Vəli Əliyev SOCAR-ın “Neftqaztikinti” Trestində Əməyin mühafizəsi və texniki təhlükəsizlik (ƏMTT) üzrə menecer vəzifəsinə təyin edilib.

O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Vəli Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

loading...
Diaspora