Varşavada keçirilən 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Vətən müharibəsi şəhidi Ramiz Cəfərovun qızı Nigar Cəfərovanın dik duruşu və qürurlu çıxışı alqışlarla qarşılanıb.
Qazilər.az bildirir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutub.