Sumqayıt Şəhidlər xiyabanında məzarların üzərindəki plakatları kim və niyə götürüb? - VİDEO

Sumqayıt Şəhidlər xiyabanında məzarların üzərindəki plakatları kim və niyə götürüb? - VİDEO backend

Sumqayıt Şəhidlər xiyabanında şəhidlərin məzarına qoyulan gül çələngləri və plakatlar götürülüb və kənara yerləşdirilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri bunu şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirib. Bəziləri isə təmir-bərpa işləri ilə əlaqələndirsə də, sonradan onların şəhidlərin məzarının ətrafına qaytarılmalı olduğunu qeyd edib.

Bəs görəsən şəhidlərin məzarı üzərinə gətirilən gül çələngləri və yaxınları tərəfindən hazırlanan plakatlar sonra öz yerlərinə niyə qaytarılmayıb? Buna səbəb nədir?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, Şəhidlər xiyabanında aparılan təmir-bərpa işləri ilə əlaqədar plakatlar şəhid ailələrinin razılığı əsasında götürülüb:

“Şəhidlərimiz üçün yaxınları tərəfindən hazırlanan plakatlar şəhid valideynlərinin razılığı alındıqdan sonra götürülüb. Buna səbəb Şəhidlər xiyabanında əsaslı təmir işlərinin aparılmasıdır. Yenidənqurma işləri çərçivəsində daş döşəmələr, hasarlar dəyişdirilib, zəruri yerlərdə ot örtüyü salınıb. Bunun şəhidlərə hörmətsizlik kimi şərh edilməsi doğru deyil”.

loading...
Diaspora