İstanbulda tarixi qüllə Azərbaycan bayrağına büründü - FOTO

İstanbulda tarixi qüllə Azərbaycan bayrağına büründü -  FOTO backend

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərindəki Avropa qitəsində yerləşən tarixi Qalata Qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, işıqlandırma axşam saatlarından etibarən davam etməkdədir.

loading...
Diaspora