Hazırda aldığımız məlumata görə, Şirin Mirzəyevin ən yaxın silahdaşlarından biri Kərim Cəlilov vəfat edib.
Qazilər.az xəbər verir ki, bu barədə məlumatı oğlu Nicat Cəlilov verib. O da 44 günlük Vətən müharibəsində iştirak edib və qazidir.
Oğlunun verdiyi məlumata görə, iki gün bundan əvvəl Kərim Cəlilovun səhhəti pisləşib. Onu dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriblər. Həkimlərinə səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.
Sabah Biləcəri qəbirstanlığında oğlunun yanında dəfn ediləcəyi bildirilib.
Xatırladaq ki, Kərim Cəlilov Sovet ordusunda hərbi qulluqçu kimi xidmətdə olub. Azərbaycan Ordusu yarananda Şirin Mirzəyev Ağdama gələrək ordu yaradanda ilk ona qoşulan iki nəfərdən biri olub. Şərəfli döyüş yolu keçib və Azərbaycan ordusunun quruculuğunda böyük xidmətləri olub.
“Qarabağ qaziləri” ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun və Qaziler.az saytının kollektivi Kərim Cəlilovun ölümündən kədərləndiyini bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!







