Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib.
Nazirlikdən verilən məlumata görə, hər bir DOST Mərkəzinin önündən sülh və əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya uçurulub.
Möhtəşəm tarixi zəfərimizə həsr olunan tədbirdə DOST Mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                
                    
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
