Böyük Britaniyanın Azərbaycandakı səfirinin cənub bölgəsinə ikigünlük səfəri başa çatıb

Böyük Britaniyanın Azərbaycandakı səfirinin cənub bölgəsinə ikigünlük səfəri başa çatıb backend

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin cənub bölgəsinə ikigünlük səfəri başa çatıb.


AZƏRTAC xəbər verir ki, ötən gün Astara rayonu ilə tanışlıqdan sonra səfir İrfan Siddiq avqustun 7-də Lənkəran şəhərinə gəlib.

Lənkəran şəhərində Avropa standartlarına uyğun inşa edilmiş süd məhsulları istehsalı zavodunda texnoloji proseslərin müasirliyi britaniyalı səfirdə xoş təəssürat yaradıb. O, zavodda istehsal olunan dondurma məhsullarının dadına da baxıb.

Səfir İrfan Siddiq jurnalistlərə müsahibəsində cənub bölgəsində turizm infrastrukturunun genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu, həmçinin təmsil etdiyi ölkənin bu bölgə ilə aqrar sahədə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Britaniyalı diplomat ölkəsində çaybecərmə imkanlarının olmadığını, məhz elə bu səbəbdən Lənkəran çayının marketinqinin və satışının təşkili məqsədilə bu subtropik rayonla əməkdaşlıq etməyin vaxtının çatdığını bildirib.

Bununla da Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin cənub bölgəsinə ikigünlük səfəri başa çatıb.
Diaspora