VIII Bakı Qlobal Forumu çərçivəsində sonuncu panel Şuşada keçirilib - FOTO - VİDEO - YENİLƏNİB-2

VIII Bakı Qlobal Forumu çərçivəsində sonuncu panel Şuşada keçirilib -  FOTO - VİDEO - YENİLƏNİB-2 backend

Bu gün VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib.
 

Apa-nın məlumatına görə, iclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.

***

saat 13.00

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyəti Şuşadadır.
 

Apa-nın məlumatına görə, VIII Bakı Qlobal Forumu çərçivəsində "Mədəni irsin qorunması" mövzusunda sonuncu paneli bu gün Şuşada “Qarabağ” otelində keçiriləcək.
Panelin moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldindir. Paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Ağa Xan Fondunun Prezidenti Luis Monreal və Ümumdünya İrs Mərkəzinin keçmiş rəhbəri Françesko Bandarinin videomüraciətləri səsləndiriləcək.
Paneldə İslam Konfransı Təşkilatının (İKT) sabiq baş katibi Əkmələddin İhsanoğlu, Ümumdünya Abidə Fondunun keçmiş sədri Bonnie Burnham və ISESCO-nun keçmiş baş direktoru Əbdüləziz əl-Tuveycri çıxış edəcəklər.

***

saat 11.10

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
 

Apa-nın məlumatına görə, Bakının Heydər Əliyev Aeroportundan Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.
Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcək, tarixi, mədəni və dini abidələrə baxış keçirəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

loading...
Diaspora