Təhlükəsizlik sahəsində fəaliyyət göstərən bir qrup ABŞ tədqiqatçısı xüsusi proqram vasitəsilə səs dalğalarına çevrilmiş informasiyanı ofis qurğularından qəbul edə biləcək anten hazırlayıblar.
AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, “Funtenna” adlı anten yalnız ofis binasının yaxınlığındakı siqnalları qəbul edə bilir. Qurğu təhlükəsizlik üzrə illik “Black Hat” konfransı ərəfəsində nümayiş etdirilib.