Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Gəncə Regional mərkəzinin təşkilatçılığı ilə Şəhid Vahid Qurbanovun əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Qazilər.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyətinin əməkdaşları Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, idarə heyətinin fəalları, İctimai Birliyin Gəncə Regional Mərkəzinin rəhbəri Samir Məmmədov, Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Anım mərasimində Birliyin icraçı direktoru Zamin Zeynal və digər çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə diqqət çəkərək qeyd etdilər ki, qüdrətli Ali Baş Komandan, Preziden İlham Əliyevin rəhbərliyi altında rəşadətli, şücayyətli Azərbaycan ordusunun Erməni vandalları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən danışdılar. Natiqlər qeyd etdilər ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhidlik şəhadətinə qovuşmuş Şəhidlərə və onların ailələrinə, Qazilərə, müharibə iştirakçılarına diqqət və qayığ ilə yanaşmaq, mənəvi dəstək olmaq peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının insanlıq, soydaşlıq borcu olmalıdır.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Jurnalistlərə açıqlamasında bildirdi ki, İctimai Birliyin Gəncə Regional Mərkəzində bu cür vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü uğurlu fəaliyyətə, sosial dəstək siyasətinə ictimai dəstək olmaqla yanaşı, ümumi birlik, həmrəylik nümunəsi göstərməkdir.
Zamin Zeynal onu da vurğuladı ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin göstəriş və tövsiyəsinə uyğun olaraq Birliyin Gəncə Regional Mərkəzi tərəfindən milli, Vətənpərvər əzimdə, mənəvi dəstək yönümlü idea və təşəbbüslər, tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

