Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmə rəislərinin müavinləri, eləcə də müvafiq vəzifələrin icrası həvalə edilmiş əməkdaşlar ilə məsul olduqları sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplantı keçirilib.
Xidmətdən Qazilər.az-a verilən məlumata görə, toplantıya cəlb olunan şəxsi heyətə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üzrə naryadların icra olunması, zabit, gizir,
əsgər və çavuşların hərbi qeydiyyatının və hərbi uçotunun aparılması, məxfi və səfərbərlik kargüzarlığının aparılması işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.
Toplantıda qarşıda duran vəzifələr və bu istiqamətdə görülmüş işlər təhlil edilərək xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
