Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri - Şuşa” kitabı çapdan çıxıb

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri - Şuşa” kitabı çapdan çıxıb backend

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri - Şuşa” kitabı çapdan çıxıb.

Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şuşanın tarixi, işğala qədər olan dövrü, 2020-ci ildə azad olunması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən mühüm hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərə, mənbələrə, arxiv materiallarına, yerli və xarici alimlərin tədqiqatlarına istinadla qələmə alınıb.

Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.