Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Zəfər Günü qeyd edilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Zəfər Günü qeyd edilib backend

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr - Zəfər Günü münasibətilə “Qarabağa qayıdış” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi və Zəfər Gününü qanları ilə yazan şəhidlərin, o cümlədən Akademiyanın məzunu olmuş Əli Əhmədov, İqbal Babayev, İlkin AğakişiyevAqşin Novruzovun əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığıbildirib, bu Qələbənin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər və yürüdülən uzaqgörən siyasət nəticəsində təmin olunduğunu vurğulayıb

Qeyd edək ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Zəfər Gününə həsr olunmuş “Post-konflikt ərazilərin dirçəldilməsinin maliyyə problemləri” mövzusunda Microsoft Teams platforması üzərindən Tələbə elmi-praktiki konfransı da keçirilib.