Düz bağırsağından 4 büküm narkotik çıxdı

Düz bağırsağından 4 büküm narkotik çıxdı backend

Azərbaycana gələn şəxsin daxili orqanından narkotik tapılıb. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama aparılıb. Bu zaman onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub.


Bundan başqa İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Diaspora