Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa görə qapanmalar olacaqmı? -  RƏSMİ AÇIQLAMA backend

“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.

Qaziler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.

“Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə Şahmar Mövsümov bildirib.

Diaspora