Bakıda orta maaş, başqa göstəricilər

Bakıda orta maaş, başqa göstəricilər backend

Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi göstəricilər yayıb.

Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında paytaxt sənayesində 29,7 milyard manatlıq, əvvəlki ilin eyni dövrünə nəzərən 0,9 faiz çox məhsul istehsal olunub.

Doqquz ayda əsas kapitala 6 milyard 2,8 milyon manat məbləğində, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,2 faiz az vəsait yönəldildiyi vurğulanır.

Pərakəndə ticarət şəbəkəsində 3,9 faiz, ödənişli xidmətlərdən əldə olunan gəlirdə 5,6 faiz, istehlak məhsullarının və xidmətlərin qiymətlərində 4,8 faiz yüksəliş olduğu qeyd edilir.

Sentyabrın 1-nə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 943,3 manat göstərilir.

loading...
Diaspora