Üç yaşında hər iki ayağını itirən, Vətən müharibəsi qazilərinə dəstək olan xanım - VİDEO

Üç yaşında hər iki ayağını itirən, Vətən müharibəsi qazilərinə dəstək olan xanım -  VİDEO backend

Vəfa Aktuz Gəncədə anadan olub. Üç yaşında Moskva şəhərində üzləşdiyi faciə nəticəsində hər iki ayağını itirib. Azərbaycan Müəllimlər İnstitutunun bakalavr, Sakarya Universitetinin magistratura pilləsi üzrə təhsil alıb. Hava limanında çalışan Mehmet Aktuzla elə hava limanında tanış olub və ailə qurub.

Bu izdivacdan iki qız övladı dünyaya gəlib. 

Türkiyədəki Azərbaycan diasporunun nümayəndəsi olan Vəfa Aktuz hazırda qardaş ölkədə yaşayan azərbaycanlı qadınlara və müalicə alan Vətən müharibəsi qazilərinə mənəvi-psixoloji dəstək göstərməklə məşğuldur.

Onun maraqlı həyat hekayəsini “Diaspor TV”nin hazırladığı süjetdən izləyə bilərsiniz:

loading...
Diaspora