Rövşən Məmmədov VMF-in reklam çarxını AzTV-də yayımlamaqdan imtina edib - VİDEO

Rövşən Məmmədov VMF-in reklam çarxını AzTV-də yayımlamaqdan imtina edib -  VİDEO backend

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində möhtəşəm qələbəsini əbədiləşdirmək üçün 2020-ci ildə fabrik “Qələbə vaxtı” kolleksiyasının istehsalına başladı və düşməndən azad olunan rayonlarımızın adlarını saatlara həkk etdi. Həmin dövrdə ANS-in reportyorları ön cəbhədən məlumatları tamaşaçılara çatdırırdı. Arxa cəbhədə də VMF fabriki gərgin işləyərək, düşmən üzərində zəfər çaldığımız ərazilərin adlarını əbədiləşdirirdi". 

Qazilər.az bildirir ki, bu fikirləri ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov deyib. 

"Zəfər günü ərəfəsində də VMF fabriki bu saatları nümayiş etdirmək üçün videoçarx hazırlayaraq, onu ölkə telekanallarında nümayiş etdirmək istədi. Bu həm də VMF fabrikinin vətəndaşlar qarşısında hesabatı idi. Təbii ki, bu yayım üçün vəsait də ayrıldı. Lakin maraqlı bir hadisə baş verdi: dövlət kanalı olan AZTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina etdi. Səbəbsiz-filansız... Və istinad etdi ki, reklam çarxı AZTV-yə uyğun gəlmir. Amma Rövşən Məmmədli onu da deyib ki, videoçarx hər hansı problemsiz Mədəniyyət və İdman kanallarında yayımlana bilər. Sual çıxır: əgər bu çarx AZTV-də yayımlana bilməzsa, həmin tv-nin o biri kanallarında necə yayımlana bilər?! Bu mövqe anlaşılan deyil axı, AZTV kommersiya qurumu deyil, büdcədən maliyyələşən kanaldır. Büdcəni maliyyələşdirən şirkətlər sırasında VMF NF də var, yeri gəlmişkən...

AZTV-nin sədri Rövşən Məmmədli belə bir “irad” da tutub ki, “Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz! Bundan əlavə, AZTV sədrindən daha bir “göstəriş”: VMF-in reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış “Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarılmaldır. Niyə? Əsgərlərimizin canı, qanı bahasına aldığımız rayonların adlarını niyə və kimdən gizlətməliyik? Bunu düşmən tərəfi desəydi, təbii, anlaşılan olardı. Axı niyə bizim dövlət kanalı Azərbaycan malını reklam etməkdən boyun qaçırır? Özü də elə bir zamanda ki, televiziyalar maliyyə çatışmazlığından gileylənirlər... 

VMF fabriki bu möhtəşəm qələbəni əbədiləşdirmək istəyirdi. Fabrikin əməkdaşları bu işi o qədər entuziazmla görürdülər ki... Amma bu gün hamı AZTV rəhbərliyinin mövqeyindən şoka düşüblər və anlamırlar ki, nə pis iş görüblər. 1941-45-ci illərdə Böyük Vətən müharibəsindən sonra Rusiyada qəhrəman şəhərlərin adları ilə saatlar buraxıla bilərdi, amma biz istehsal etdiyimiz saatları “Qələbə vaxtı” kolleksiyamızı nümayiş etdirə bilmərik?! Axı niyə??? Niyə yerli sahibkarlarımızı, yerli istehsalımızı belə “əzməliyik”?!

Bu adamlar və onların rəhbərləri baş verənlərin əsl məqsədini anlamırlar. Düşmən üzərində möhtəşəm qələbə müasir Azərbycan tarixində yeni səhifə yazdı! Azərbaycan bu gün təkcə neft-qaz istehsal edən ölkə deyil, biz gəmi tikirik, kosmosu fəth edirik, magistral yol çəkirik və... əvvəllər yalnız İsveçrə, Yaponiya və s. ölkələrdən aldığımız dəqiq mexanizmləri indi özümüz istehsal edirik. Bunun nəyi pisdir? AZTV-nin rəhbərliyinin qürur hissi yoxdur?” 

“Amma ən başlıcası, əlbəttə Qələbədir. Bunu heç kim, heç vaxt unutmayacaq!”, - deyə Mais Məmmədov sonda qeyd edib.

loading...
Diaspora