Bu sürücülərə xəbərdarlıq edildi - VİDEO

Bu sürücülərə xəbərdarlıq edildi -  VİDEO backend

“Ötən gün sosial şəbəkələrdə yayılan yanğınsöndürən xüsusi təyinatlı avtomobilə yol verməyən sürücünün hərəkətləri cəmiyyətin qınaq obyektinə çevirilib”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, qeyd olunan hadisə yol hərəkəti qaydalarının pozulması və inzibati məsuliyyət yaradan hal olmaqla yanaşı, ətrafda baş verən həyatı əhəmiyyətli hadisəyə biganəliyin göstəricisidir: “Hər bir vətəndaşımız bilməlidir ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Belə hallarda avtomobil idarə edən şəxsin “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq vəzifəsi və məsuliyyəti var.

Bir daha bu cür sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyata qoşularaq hərəkət etdiyinə görə sürücüyə 100 manat məbləğində cərimə, 3 cərimə balı nəzərdə tutulur.

Məsələnin inzibati tərəfindən də qat-qat üstün olan həyatı əhəmiyyətini nəzərə alıb, belə addımlara yol verən sürücülərinin cəmiyyət qarşısında hər bir kəsin qınaq obyektinə çevirilməsi zəruridir ki, belə hallardan çəkinsinlər”.

loading...
Diaspora